Atletika üzrə çempionata start verildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Atletika üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.

Gununsesi.info xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançılarımızı qarşıda nüfuzlu yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Yarışda paytaxtın müxətlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar. Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Eyni zamanda Dünya Atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94- cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.

 Qaliblər

100 m. Qadınlar
Lamiyə Vəliyeva
100 m. Kişilər
Əlhəm Nağıyev
400 m. Kişilər
Cavid Məmmədov
400 m. Qadınlar
Lamiyə Vəliyeva ( 55.57 Azərbaycan rekordu)
1500 m. Kişilər
Elman Abışov
1500 m. Qadınlar
Anna Yusupova

Hündürlüyə tullanma. Kişilər

Nikita Neftyakov

Hündürlüyə tullanma. Qadınlar.
Ləman Hüseynova
400 m sədlərlə qaçış. Qadınlar
Ləman İsfəndiyarova
Nüvə itələmə. Kişilər
İsmayıl Əliyev

Nüvə itələmə. Qadınlar
Günel Hüseynova

Üç təkanla tullanma. Kişilər
Cabir Əliyev

 

 

Gununsesi.info