“Atletiko Madrid” klubunun oyunçuları Bakıya gəlib

“Atletiko Madrid” klubunun oyunçuları Bakıya gəlib

17804f817946db725c3d1aa85a42c3f1

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır.

Gununsesi.info Apasport.az-a istinadən xəbər verir ki, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.

Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib

“Atletiko” “Marriot” otelində məskunlaşacaq.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Gununsesi.info

COMMENTS