“Atletiko” Saul üçün 155 milyon avro tələb etdi

  • By arzu
  • 14 Dekabr 2019 11:58

“Atletiko”dan Saul Niqesi transfer etmək “Mançester Yunayted” madridlilərlə görüş keçirib.

Gununsesi.org komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, klub rəhbərləri arasında keçirilən görüşdə “Atletiko”nun 25 yaşlı yarımmüdafiəçi üçün 155 milyon avro tələb etdiyi bildirilib.

Baş məşqçi Ole-Qunnar Sulşerin xüsusilə komandada görmək istədiyi Saul üçün “Mançester Yunayted” danışıqları davam etdirəcək.

“Real”ın yetirməsi olan ispan yarımmüdafiəçi 14 yaşından “Atletiko”dadır.

Saul bu mövsüm 21 oyunda 1 qol vurub.

Gununsesi.org