“Atrabank”ın vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxıldı

  • By admin
  • 22 Avqust 2016 13:14

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən “Atrabank” ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər – Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.

Gununsesi.info