ATU-nun 3-cü kurs tələbəsi vəfat edib

  • By ilhame
  • 07 Yanvar 2024 16:52

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.

Bildirilib ki, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!

Gununsesi.info