
Dünən ATV kanalının efirində əsl kuryoz hadisə baş verib. Gununsesi.info xəbər verir ki, kanal rəhbərliyi “Ana xəbər” buraxılışını izlərkən efirdə keçmiş müdafiə naziri Rəhim Qazıyevin danışdığını görüb şok keçirib. Məlum olub ki, ATV-nin gənc əməkdaşları bulvarda sorğu keçirərkən tanımadıqları (yazıqlar şou əhlindən özgə kimi tanıyırlar ki…?!) Rəhim Qazıyevdən də müsahaibə alıblar. Və bu da efirə verilib. Qazıyevin ATV kanalında görünməsi isə böyük səs-küyə səbəb olub. Dərhal “yuxarıdan” gələn zənglə möhkəm danlanan kanalın rəhbərliyi gecəykən teleşirkətə gəlməli olub. Redaktor heyətini toplayan rəhbərlik onları danlayıb.
Bu gün isə ATV-də geniş tərkibdə iclas keçiriləcəyi və dünənki “ÇP” ilə bağlı bir sıra əməkdaşların işdən çıxarılacağı gözlənilir.
Gununsesi.info qalmaqala səbəb olan kadrları təqdim edir: