ATV-də “İdeya Qazandı” verilişinə qatılan gənc öz layihəsini təqdim edən zaman münsiflərin onu lağa qoyması əks olunan video sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.
Gununsesi.info xəbər verir ki, Unikal.org həmin gəncin kimliyini araşdırıb. Verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb.
Təşkilatdan qeyd olunub ki, O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin “Gənc Biznesmen” layihəsinin rəhbəridir.
Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq.