
Bu axşam Türkiyənin ATV telekanalında yayımlanan “Qanadsız Quşlar” adlı filmin yeni bölümünü izləyən tamaşaçılar təəccüblərini gizlədə bilməyiblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmi izləyən tamaşaçılar ekranın sağ küncündə “Qanadsız Quşlar” əvəzinə “Qanadsız Qarılar” yazısını görüncə sosial şəbəkələr vasitəsiylə baş verənlərə münasibət bildiriblər.
Məhz tamaşaçıların reaksiyası üzərində ATV telekanalının əməkdaşları tez bir zamanda bu səhfi düzəldiblər.
Anar
Gununsesi.info