ATV-də yeni təyinat- SIRAVİ ƏMƏKDAŞ RƏİS TƏYİN OLUNDU

ATV-də yeni təyinat

59e07866d9bde_azer-x
Xəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, Azər Xəlilov dünən ATV kanalının mühafizə xidmətinin rəisi Azər Hacıyevi vəzifəsindən azad edib. Onu növbə rəisi vəzifəsinə təyin edib.
Azər Xəlilovun digər əmri ilə, ATV-də növbə rəisi vəzifəsində çalışan Rüfət adlı şəxs xidmətin rəisi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Azər Hacıyev bundan əvvəl Lider TV-nin mühafizə xidmətində çalışıb. Vüqar Qaradağlı ATV rəhbərliyinə gəldikdən sonra, ona kanalda mühafizə xidmətinin rəisi vəzifəsi verib.

Gununsesi.info

COMMENTS