ATV-dən AzTV-yə qeyri-adi yubiley təbriki

  • By admin
  • 04 Noyabr 2016 16:04

atv

Noyabrın 3-də  AzTV-nin  60 illik yubiley gecəsində maraqlı hadisə baş verib. 

Gununsesi.info-nun məlumatına görə, ATV kanalının  adından AzTV-ni təbrik edən aparıcı Turan  İbrahimovun çıxışı maraq  və təəccübə səbəb olub: “Səhərdən Aztv-nin tarixindən danışdılar, təbrik etdilər. Mən təkrar etmək istəmirəm. Başqa bir istiqamətdən danışmaq istəyirəm. ATV yeganə kanaldır ki, Azərbaycan izləyicisini yerli kanallara baxmağa qaytardı, ATV yeganə kanaldır ki,  xarici TV-ləri izləyir və verlişlərini dünya praktikasına uyğunlaşdırır, ATV yeganə kanaldır ki, dinləyiciyə doğruları çatdırlr. Mövzü ətrafında çox danışıb bəzilərini daha çox qıcıqlandıra bilərəm. Amma vaxtınızı almaq daistəmirəm. Bayramımız mübarək!”-, deyə o, yubilyarın əvəzinə çalışdığı kanalı tərifləməklə hamını çaş-baş qoyub.

Gülnaz Qənbərli

Gununsesi.info