ATV efirindən kömək istəyən vətəndaşa xeyirxah əlini kim uzadıb -"Palmali"dən açıqlama

  • By admin
  • 14 May 2019 15:04

“Yerli mətbuat və sosial şəbəkədə ATV kanalında yayımlanan verirlişə müalicə və əməliyyat olunnmaq üçün müraciət edən Qiyas adlı vətəndaşımıza yardımın Mübariz Mənsimov tərəfindən edildiyi haqda məlumatlar yer alıb.

Palmali Şirkətlər Qrupu olaraq bildirmək istəyirik ki, bu xəbərlər həqiqətə uyğun deyil.

Bu yardımı Mübariz Mənsimov etməyib. İnsanlar arasında çaşqınlığın yaranmasına səbəb yardım edən həmyerlimizin də əslən Azərbaycanın cənub bölgəsindən olması və xaricdə yaşaması olub.

Buna görə də adımıza yalnış məlumatların çıxmasının qarşısını almaq üçün bu açıqlamanı vermək məcburiyyəti duyduq.

Allah hər bir xəstə insanın şəfasını versin” Xaricdə yaşayan iş adamının bu addımını alqışlayır digər iş adamlarına örnək olmasını istərdik.