“Aparıcı İlqar Mikayıloğlunun vəziyyəti normaldır. Onu su ilanı-təlxə sancıb. Həmin ilan zəhərsizdir. Sadəcə ayağını dişləyib. Ona görə, zərdab vurulub ki, infeksiya keçməsin”.
Axşam.az-ın məlumatına görə, bu sözləri Lent.az-a aparıcının həyat yoldaşı, hüquqşünas Zülfiyyə Babayeva deyib.
O qeyd edib ki, hazırda Füzulidən Bakıya gəlirlər: “Bakıya gəlirik, hər şey yaxşıdır. İlqarın heç bir həyati təhlükəsi yoxdur”.
Sosial şəbəkələrdə isə İlqar Mikayıloğlu barəsində yayılan bu xəbərinin reklam xarakterli olması ilə bağlı məlumatlar yayılır.
***
14:35
ATV-nin aparıcısı İlqar Mikayıloğlunu ilan sancıb.
Axşam.az big.az-a istinadən xəbər verir ki, hadisə Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı baş verib. İ.Mikayıloğlu dərhal xəstəxanaya aparılıb.
Aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova İlqarın vəziyyətinin ağır olduğunu deyib:
“Çəkiliş zamanı gözlənilmədən ilan İlqarın ayağını sancdı. Hazırda ilkin yardım göstərilsə də, vəziyyəti haqda qəti fikir deyə bilmərəm. Çünki təəssüflər olsun ki, hansı növ ilanın sancdığını bilmirik. Odur ki, təcili sürətdə Bakıya gəlirik. Ümidimiz Allaha və həkimlərədir”.
Gununsesi.info