
Türkiyənin “ATV” telekanılının aparıcısı Esra Erol qəzaya düşüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən telekanalda evlilik verilişi ilə populyarlıq qazanan aparıcının avtomobilinə Qaziosmanpaşa ərazisində ağır tonnajlı yük avtomobili çırpılıb.
Aparıcıya ilkin tibbi yardım göstərilib. Sağlığı barəsində hələlik başqa məlumat verilmir.
Gununsesi.info