“Audiokitab”ın təşkilatçılığı ilə “Bilik yarışması” keçirilib - FOTOLAR

  • By admin
  • 07 İyul 2022 13:38

Gununsesi.info xəbər verir ki, Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir Adına Kütləvi kitabxanada “Audiokitab” ın təşkilatçılığı ilə kitabxananın oxucuları arasında “Bilik yarışması” keçirilib.

Yarışa gənclər və yeniyetmələrdən ibarət 4 komanda qatılıb. Qalib komandaya ölkə daxili tur hədiyyə edilib.

Tədbirin keçirilməyində məqsəd gənclərin kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına və intelektual bacarıqlarının formalaşmasına töhfə verməkdir. Tədbirdən fotoları sizə təqdim edirik.

Gununsesi.info