Audiokitabların sayı artırılıb

  • By admin
  • 18 Oktyabr 2017 20:40

 

1D0CE8D0-F6EF-4491-B06B-6F3F22B63358

Gununsesi.info xəbər verir ki, görmə qabiliyyəti zəif olan insanlar üçün onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb.

Bunu Trend-ə layihəyə yaxın mənbə bildirib.

Məlumatda qeyd olunur ki, kitabxananın bazasındakı kitablarla “1541” telefon nömrəsi ilə tanış olmaq olar. Xidmət 24 saat fəaliyyət göstərir:

“Hazırda bazada 286 audiokitab var. İlin əvvəlindən 192 kitab bazaya əlavə edilib”.

Kitabxanada aşağıdakı janrlar üzrə kitablar yer alıb: şifahi xalq ədəbiyyatı, müasir ədəbiyyat, klassik ədəbiyyat, xarici ədəbiyyat, dini ədəbiyyat, uşaq ədəbiyyatı, poeziya və tarixi ədəbiyyat.

Onlayn audiokitabxanada kitabları qaldığı yerdən qulaq asmaq imkanı da mövcuddur.

Qeyd edək ki, xidmət ilk dəfə ötən il “BakuTel-2016” beynəlxalq telekommunikasya sərgisində nümayiş etdirilmişdi.

Gununsesi.info