Audiovizual Şuranın növbəti iclası keçirilib.
Gununsesi.info-nun məlumatına görə, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.
Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.
“Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir”, – məlumatda deyilir.













