Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Nitsada baş vermiş terrorla əlaqədar səfirlikdə təşkil edilən xatirə kitabının imzalanma mərasiminə qatılıb. Gununsesi.info-nun məlumatına görə, səfir terror aktı nəticəsində 84 nəfərin öldüyünü bildirib: “Ölənlərdən 10-u azyaşlı və yeniyetmədir, 18 nəfərin vəziyyəti isə ağırdır. Bu hadisə baş verən kimi, Fransa hakimiyyəti terror aktının qarşısını almağa çalışıb, asayiş keşikçiləri yaralıları xəstəxanalara yerləşdirməyə çalışıblar. Artıq faciə ilə bağlı istintaq başlayıb. Fransa bu hədələrdən çəkinmir və təslim olmayacaq. Bu hadisə hər il 14 iyulda qeyd etdiyimiz qardaşlıq, bərabərlik, azadlıq dəyərlərimizə hücumdur”-, deyə o bildirib.
A.Buşez tror hadisəsindən dərhal sonar verilən dəstəyə görə, Azərbaycan xalqına təşəkkür də edib: “Bu, bizim dostluğumuzun göstəricisi, multikulturalizmə bağlılığımızın, fanatizmə etirazımızın göstəricisidr”-, deyən səfir hər kəsə təşəkkür edib.
Gülnaz Qənbərli