Abdullah Avcı AFFA-nın təklifini geri çevirib. Gununsesi.org xəbər verir ki, bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.
Məlumata görə, türkiyəli mütəxəssis yığma komanda çalışdırmağı düşünmür. O, karyerasını Tükriyənin böyük klublarında və ya ölkə xaricində davam etdirmək niyyətindədir.
Xəbərdə millimizə digər əsas namizədlər Covanni De Byazi və Çezare Prandelli göstərilib.
Qeyd edək ki, Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb.