Aviasiya agentliyi xəbərdarlıq etdi: - Rusiya üzərində uçan təyyarələr təhlükə altındadır

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Rusiya ərazisindən uçan aviaşirkətlərin yüksək risklərlə üzləşdiyini bildirib.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, agentlik Rusiya hava məkanında uçuşlardan yayınmağı tövsiyə edib və nəzərə alınmalı olan şəhər və hava limanlarının siyahısını dərc edib.

Qəzaların əksəriyyətinin İHA hücumları və ya hava hücumundan müdafiə sistemləri səbəbindən bağlı olmayan hava məkanında baş verdiyi bildirilib.

Agentlik Rusiyanın hava məkanında, o cümlədən Moskva, Sankt-Peterburqda uçuşlardan çəkinməyi tövsiyə edir. O, Sankt-Peterburq, Rostov-na-Donu, Yekaterinburq və Samara şəhərlərinə xüsusi diqqət yetirilməsi barədə xəbərdarlıq edib.

Münaqişə zonası haqqında məlumat bülleteni dərc edən agentlik Rusiyanın Ukraynada davam edən qeyri-qanuni işğalı və regionda aviasiya təhlükəsizliyi üçün potensial risklərə toxunub.

Bildirilib ki, qurum təhlükə və risk səviyyəsində mümkün dəyişiklikləri qiymətləndirmək üçün vəziyyəti yaxından izləməyə davam edəcək.

Orxan Saffari

Gununsesi.info