Avopa Məhkəməsi Azərbaycanı cərimələyib

  • By Admin2
  • 18 Mart 2025 15:38

Avropa İnsan Hüquqları Məhkəməsi “Fərhad Mehdiyev Azərbaycana qarşı (ərizə № 36057/18)” iş üzrə qərarını elan edib.

Məhkəmədən Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, ərizəçi Fərhad Sovet oğlu Mehdiyev Azərbaycan Vəkillər Kollegiyasından azad edilməsinin qanunsuz olmasından şikayət verib.

O, şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 10-cu maddələri ilə birlikdə 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından bəhs edib.

AİHM 8-ci maddənin pozulduğunu müəyyən edib. Buna görə Fərhad Mehdiyevə mənəvi zərər üçün 4500 avro, vəkil xərcləri üçün isə 1500 avro təzminat müəyyən edilib.

Gununsesi.info