AVP sədrindən xalqa Qurban bayramı təbriki

Əziz bacı və qardaşlarım!

Müsəlman aləminin ən müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə sizi və bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirəm.

Ölkəmizin hər yerində Uca Tanrının adına kəsilən qurbanlar, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı üçün edilən dualar qəbul olsun.

Uca Tanrımız xalqımıza, dövlətçiliyimiz və milli – mənəvi dəyərlərimiz ətrafında daha sıx həmrəylik qismət etsin. Amin!

Bayramınız mübarək!

 

 

Hörmətlə,

Fəzail Ağamalı

Milli Məclisin Deputatı,

Ana Vətən Partiyasının sədri

28 İyul 2023 – ci il

Gununsesi.info