AVP yeni siyasi partiyalar qanununu dəstəkləyəcək

  • By admin
  • 24 Oktyabr 2022 11:37
Bu gün Milli Məclisdə “Siyasi partiyalar” haqqında yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələr təşkil olunub,
Gununsesi.info xəbər verier ki, iclasda çıxış  edən AVP sədri, deputat Fəzail Ağamalı yeni layihəyə dəstək verib.
O, bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin zəruri amillər və digər şərtlər nəzərə alınmaqla bu sahədə qanunvericilik bazasının yaradılmasında maraqlırlar: ” Qanun layihəsi konseptual siyasi sistemdə partiyaların yerinin və rolunun artırılması baxımından önəmlidir. Bütün bunlar da ölkə başçısının siyasi islahatlarının məntiqinə söykənir. Hesab edirəm ki, qanun layihəsi konseptual şəkildə müzakirədən sonra həm komitə, həm də plenar iclasa təqdim etmək olar. Yeni hazırlanan qanun layihəsi çoxsaylı siyasi partiyaların kollektiv fikirlərinə, məntiqinə söykənən kifayət qədər təkmil şəkildə bugünkü müzakirəyə təqdim olunub. Təbii ki, layihədə yer alan müddəalarla bağlı fikir ayrılıqları olacaq, bir çox məsələ süzgəcdən keçərək ortaya böyük Azərbaycanın gələcəyinə hədəflənən məqsədlərə çatmaq üçün siyasi partiyaların genişlənməsi və güclənməsini təmin edən qanun qəbul ediləcək. Odur ki, yeni qanunvericilik təşəbbüsünü müsbət qiymətləndirirəm. Milli Məclis olaraq qanun layihəsinin məsuliyyətini anlayaraq yüksək səviyyədə müzakirəyə təqdim edək”.
Mətləb
Gununsesi.info