
Avqustda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü nəzərdə tutulur. Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills iyulun 20-də Amerika Universitetində tələbələrlə keçirdiyi görüşdə deyib.
Diplomat deyib ki, görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə reallaşacaq: “Hazırda görüşün avqustda keçirilməsi ilə bağlı müzakirələr gedir. Ancaq dəqiq vaxt və yer bəlli deyil”.
Gununsesi.info