Avqustda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir - SƏFİR

  • By admin
  • 21 İyul 2016 11:10

sefir

 

Avqustda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü nəzərdə tutulur. Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills iyulun 20-də Amerika Universitetində tələbələrlə keçirdiyi görüşdə deyib.

Diplomat deyib ki, görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə reallaşacaq: “Hazırda görüşün avqustda keçirilməsi ilə bağlı müzakirələr gedir. Ancaq dəqiq vaxt və yer bəlli deyil”.

 

Gununsesi.info