Avqustda bu həcmdə neft dünya bazarlarına çıxarılıb

  • By admin
  • 07 Sentyabr 2016 12:44

BTC-ceyhan-petrol-tanker-2389778923

2016-cı ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, bu həcmin 1 milyon 273 min 708 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 milyon 103 min 252 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 milyon 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Anar 

Gununsesi.info