Avqustda itkin düşən yeniyetmə tapıldı

  • By Ayshan
  • 09 Noyabr 2025 18:00

Avqustun 16-da yaşadığı evdən çıxdıqdan sonra itkin düşmüş Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Sənan Bəşir oğlu Bəşirov tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, yeniyetmə polislər tərəfindən tapılaraq ailəsinə verilib.