Avqustun 5-də bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

  • By Mayil
  • 04 Avqust 2016

qazzzz

 

Avqustun 5-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin “Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, aparılan işlərin Bakının Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gununsesi.info