Avrasiya İqtisadi İttifaqı heç zaman SSRİ-yə çevrilməyəcək - NAZARBAYEV

  • By admin
  • 04 Yanvar 2018 17:22

Avrasiya İqtisadi İttifaqının SSRİ ilə heç bir əlaqəsi yoxdur və bu ancaq iqtisadi layihədir.

Gununsesi.info xəbər verir ki, bu fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.

“2011-ci ildə olduğu kimi bir daha bəyan edirəm ki, Avrasiya İttifaqı heç zaman SSRİ-yə “restavrasiya” və yaxud “reinkarnaçiya” olunmayacaq. Bu, qeyri-mümkündür. SSRİ artıq keçmişdir. Avrasiya İttifaqı isə ancaq iqtisadi bir layihədir”- deyə, Nazarbayev bildirib.

Nazarbayev onu da əlavə edib ki, 2016-ci ilin martında Vaşinqtonda  ABŞ rəsmiləri ilə görüşdə də Avrasiya İttifaqının ancaq iqtisadi layihə olduğunu bəyan edib və bu təşkilatın SSRİ-yə çevrilməyəcəyini bəyan edib.

Gununsesi.info