“Avro-2016”-da bu axşam Türkiyə üçün “ölüm-qalım” məsələsi

  • By admin
  • 17 İyun 2016 12:35

turkiye

 

Fransada keçirilən futbol üzrə Avropa Çempionatının final mərhələsində bu gün daha üç oyun baş tutacaq. Gununsesi.info xəbər verir ki, oyunlar E və D qruplarında keçiriləcək

Bu gün azarkeşlərin diqqəti sözsüz ki, daha çox  D qrupuna yönələcək. Burada ilk görüş Çexiya və Xorvatiya yığmaları arasında keçiriləcək.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaq.

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə qarşılaşacaq. Turnirə uğursuz başlayan Türkiyə millisi bu görüşdə qələbə qazanmağa çalışacaq. Bu oyun “ay ulduzlu” komanda üçün turnirdəki “ölüm-qalım” məsələsidirş

17 iyun

E qrupu

17:00. İtaliya – İsveç

 

D qrupu

20:00. Çexiya – Xorvatiya
23:00. İspaniya – Türkiyə