Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İngiltərə və Uels komandaları qarşılaşıblar.
Gununsesi.info xəbər verir ki, ilk qol uelslilərdən gəlib – 42-ci dəqiqədə Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb.
İngilislərin cavab qolu 56-cı dəqiqəyə təsadüf edib – Ceymi Vardi fərqlənib. Bundan ruhlanan İngiltərə futbolçuları qələbə topunu da vura biliblər – 90+2-ci dəqiqədə Staric komandasına qələb qazandırıb.
Beləliklə, B qrupunda İngiltərə 4 xalla liderdir, 3 xallı Uels və Slovakiya 2-3-cü yerləri bölüşür. Rusiya 1 xalla sonuncudur.