Avro-2016-nın ən yaxşı hakimi seçildi

  • By admin
  • 09 Noyabr 2016 16:37

h

 

İtaliya Futbol Federasiyasının hakimi Nikola Ritsoli Avro-2016-nın ən yaxşı hakimi seçilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 45 yaşlı referi mükafatını İtaliya ilə Almaniya arasında keçiriləcək yoldaşlıq görüşündə alacaq.

Qeyd edək ki, N.Ritsoli Avro-2016-da 1-i yarımfinal olmaqla, 3 görüş idarə edib.

Xatırladaq ki, N.Ritsoli DÇ-2014-ün də ən yaxşı hakimi seçilmişdi.

Gununsesi.info