Avro-2017-də daha 2 komanda ¼ finala yüksəldi

  • By admin
  • 26 Sentyabr 2017 23:21

21314743_1437597899608690_7225324877997393609_n
Qadın voleybolçular arasında Avropa çempionatında bu gün pley-off mərhələsində 2 oyun keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ilk matçı Belarus və Çexiya komandaları arasında baş tutub.

Matçın gedişində Belarus 0:2 hesabı ilə geriyə düşsə də, sonradan əzmkarlıq nümayiş etdirib və 3:2 qalib gəlib. Belarus ¼ finalda Serbiya ilə qarşılaşacaq.

Digər matçda isə Hollandiya və Xorvatiya qarşılaşıb. Matçın favorite olan hollandlar sürprizə imkan verməyiblər. Görüşdə 3:0 qələbə qazanan Hollandiya, 1/4 finalda İtaliyaya rəqib olub.

Belarus – Çexiya – 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15)

Hollandiya – Xorvatiya – 3:0 (25:18, 25:8, 25:21)

Gununsesi.info