AVRO-2020: Bu gün ilk finalçı bəlli olacaq

  • By admin
  • 06 İyul 2021 09:45

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

Gununsesi.info xəbər verir ki, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi – İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir.

Avropa çempionatı

Yarımfinal

23:00. İtaliya – İspaniya

Baş hakim: Feliks Brix (Almaniya)

London, “Uembli” stadionu

Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun iyulun 7-də gerçəkləşəcək.

Gununsesi.info