AVRO-2020: Slovakiya yenidən hesabda öndə – VİDEO + YENİLƏNİR

  • By admin
  • 14 İyun 2021 21:43

Slovakiya millisi azlıqda qalmış rəqibinə qol vurdu. “İnter”in müdafiəçisi Milan Şkrinyar 69-cu dəqiqədə fərqləndi. Slovakiya Polşaya 2:1 qalib gəlir.

//baku.tv/az/dunyaa/39677/#t=0

Polşa millisi 62-ci dəqiqədə qırmızı vərəqə alıb. Rusiyada keçirilən görüşdə Moskva “Lokomotiv”in yarımmüdafiəçisi Qjeqoj Krıxovyak ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu, AVRO-2020-nin ilk qırmızı vərəqəsidir.

//baku.tv/az/dunyaa/39676/#t=0

Polşa fasilədən sonra ikinci hissəyə qolla başladı. 46-cı dəqiqədə “Torino”nun yarımmüdafiəçisi Karol Linettı hesabı 1:1 etdi.

//baku.tv/az/dunyaa/39675/#t=0

Komandalar fasiləyə yollandı. Slovakiya 1:0 qalib gəlir.

20:21

Slovakiya millisi 18-ci dəqiqədə hesabı açdı. “Mançester Siti”nin sabiq hücumçusu Robert Makın zərbəsindən sonra top Voislav Şçesnının başına dəyərək avtoqol olub. Bu, AVRO-2020-də Merih Demiraldan sonra ikinci avtoqoldur. Maraqlıdır ki, hər iki avtoqol sahibləri İtaliyanın “Yuventus” klubunun futbolçularıdır.

//baku.tv/az/dunyaa/39672/#t=0

AVRO-2020-nin E qrupunda Polşa ilə Slovakiya arasında oyunu başladı.

Gununsesi.info xəbər verir ki, hazırda görüşdə hesab açılmayıb.

Sankt-Peterburqun “Krestovski” stadionuna komandalar bu start heyətləri ilə çıxıb.

Polşa (4-3-3): Şçesnı, Bereşınski, Qlik, Bednarek, Rıbus, Linettı, Krıxovyak, Klix, Yozvyak, Levandovski (kapitan), Zelinski

Slovakiya (4-4-2): Dubravka, Huboçan, Şkrinyar, Şatka, Pekarik, Mak, Hromada, Kutska, Haraslin, Hamşik (kapitan), Duda.