AVRO-2024: Arda Gülər Türkiyə – Gürcüstan matçının ən yaxşısı seçilib

  • By ilhame
  • 18 İyun 2024 22:45

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Türkiyə – Gürcüstan matçının ən yaxşısı Türkiyə komandasının futbolçusu Arda Gülər seçilib.

 

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc futbolçu Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri görüşün 65-ci dəqiqəsində baxımlı qolla yadda qalıb.

 

Qeyd edək ki, Türkiyə millisinin digər qollarını Mərt Müldür (25) və Kərəm Aktürkoğlu (90+7) rəqib qapısından keçirib. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərqlənib.

Gununsesi.info