AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

  • By admin
  • 27 Mart 2023 09:38

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, F qrupunda yer alan yığma İsveçin qonağı olacaq. Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda səfərdə Avstriyaya 1:4 uduzub. İsveç isə öz meydanında Belçikaya məğlub olub – 0:3.

AVRO-2024

Seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç – Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, “Friends Arena”

Gununsesi.info