AVRO-2024: Türkiyə – Portuqaliya oyunu başlayıb

  • By ilhame
  • 22 İyun 2024 20:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Türkiyə – Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan – Çexiya matçında qalib müəyyənləşməyib – 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Gununsesi.info