UEFA Avropa Çempionatında qalib gələn ölkəyə veriləcək Henri Delaunay Kuboku turnirin ən böyük mükafatı ola bilər.
Lakin futbolçuların “bombardir” olduqdan sonra alacaqları “Qızıl buts”ın da kifayət qədər tarixi dəyəri var.
Gerd Müller, Marco van Basten, Alan Shearer ve Fernando Torres-in adları illərdir “ən çox qol vuran” futbolçular siyahısında birinci yerdədir.
Bəs bu dəfə “Qızıl buts” kimin olacaq ?
BBC Sport bəzi namizədləri qiymətləndirib.
Romelu Lukaku (Belçika)
Bütün nəzərlər AVRO 2024-ün seçim mərhələsində vurduğu 14 qolla “ən çox qol vuran” futbolçu olan Romelu Lukaku-nun üzərində olacaq.
31 yaşlı futbolçu 114 oyunda vurduğu 83 qolla Belçikanın bütün zamanlardakı “ən çox qol vuran” oyunçusudur. Bu yay baş tutacaq turnir təcrübəli futbolçunun “Qırmızı şeytanlar”la altıncı böyük turniridir.
2018-ci ilin Dünya Çempionatında yeddi oyunda 4 qol vuran Lukaku ölkəsinə “bürünc buts”la qayıtmışdı.
Cody Gakpo (Hollandiya)
Cody Gakpo “Qızıl buts” üçün Hollandiyanın ən böyük namizədi kimi görünür.
Liverpool forması geyinən hücumçu 2022-ci il Dünya Kubokunda qrup oyunlarının üçündə də qol vurmuş və ölkəsinin ən güclü oyunçusu olmuşdu.
25 yaşlı oyunçunun ölkəsi üçün qatıldığı 23 oyunda 9 qolu var.
Gianluca Scamacca (İtaliya)
Premyer Liqa izləyiciləri Scamacca-nı 2022-2023 mövsümündə West Ham United formasındakı qısa karyerası ilə xatırlaya bilər. O, London komandası ilə birgə yarışdığı 16 oyunda 3 qol vurub.
25 yaşlı hücumçu İtaliya A Seriyasının komandalarından olan Atalanta-ya transfer olunduqdan sonrakı oyunlardakı torları 19 dəfə silkələyib.
İtaliya millisinin heyətində ilk qolunu isə o, oktyabrda Wembley-də İngiltərə ilə seçim oyununda vurub.
Robert Lewandowski (Polşa)
Oynadığı 148 oyunda vurduğu 82 qolla Polşanın bütün zamanlardakı “ən çox qol vuran” 35 yaşlı ulduz hücumçusu Robert Lewandowski 19 illik klub və milli komanda karyerasında 600 dən çox qol vurub.
Cristiano Ronaldo (Portuqaliya )
Təqdimata ehtiyacı olmayan oyunçulardan biri. Futbolun superstarı Cristiano Ronaldo 39 yaşında da hər hansı bir zəifləmə əlamətləri göstərmir.
Portuqaliya adına vurduğu 128 qolla beynəlxalq futbolun bütün zamanlardakı “ən çox qol vuran” oyunçusu olan Ronaldo, 206 dəfə milli forma geyninməklə də ən çox “milli forma geyinən futbolçu” rekorduna sahibdir.
Bu yay 12-ci beynəlxalq turnirdə iştirak edəcək Ronaldo, AVRO 2020-də 5 qol vurduqdan sonra qazandığı “qol kralı” titulunu yenidən almaq istəyir.
Harry Kane (İngiltərə)
İngiltərənin ən çox qol vuran oyunçusu Harry Kane bu yay ölkəsinin 58 illik həsrətinə son qoymaq istəyir. İngilislərin kapitanı keçən mövsümü Bayern Münih formasında 45 oyunda 45 qol vuraraq yekunlaşdırdı.
O, fərdi olaraq möhtəşəm bir mövsüm keçirsə də, Bayern Münih üçün heç bir kubok qaldırmadı. Bu da onun uğursuz karyerasının bir hissəsi oldu.
Furbolçu bu yay “şeytanın ayağını sındırmaq” istəyir.
Kylian Mbappe (Fransa)
Real Madrid-ə keçməsi ilə bu ilin transfer xəbərlərini bəzəyən Kylian Mbappe həm də AVRO 2024-də “qol kralı”olmaq üçün futbol mərci edənlərin də sevimlisidir.
25 yaşlı oyunçu 1984 və 2000-ci illərdəki qalibiyyətlərdən sonra üçüncü dəfə kubok qaldırmağı hədəfləyən Fransa milli komandası ilə çıxdığı 77 oyunda 46 qol vurub.
Mbappe 2022-ci il Dünya Kubokunda səkkiz qolla “Qızıl buts”alıb. O, finalda Argentinaya qarşı oyunda da hat-trick etmişdi.
Rasmus Hojlund (Danimarka)
Rasmus Hojlund Danimarka futbolunun yüksələn ulduzlarından biridir və artıq beynəlxalq arenada da ondan danışılır.
21 yaşlı oyunçu 2023-cü ilin martında Avropa seçim mərhələsində Finlandiya ilə oynanılan ilk milli oyununda hat-trick edib. O, səkkiz oyunda yeddi qol vurmağı bacarıb.
Keçən yay 72 milyon funt-sterlinqə Atalanta-dan Manchester United-ə transfer olunan Hojlund eniş-yoxuşlu mövsüm keçirsə də, “Qırmızı şeytanlar”la bütün yarışlarda 43 oyunda 16 qol vurub.
Scott McTominay (Şotlandiya)
Şotlandiya ardıcıl ikinci Avropa Çempionatına yollanarkən, Scott McTominay seçim mərhələsində ölkəsinin ən böyük fürsəti idi.
27 yaşlı oyunçu təsnifat mərhələsini 7 qolla ölkəsinin “ən çox qol vuranı” kimi başa vurub. Ondan daha çox qol vuran futbolçular Lukaku, Kane və Ronaldo olub.
Aleksandar Mitrovic (Serbiya)
Aleksandar Mitrovic müstəqil ölkə kimi ilk Avropa Çempionatına hazırlaşan Serbiya üçün əsas iştirakçıdır.
29 yaşlı futbolçu 89 oyunda 57 qol vuraraq Serbiyanın bütün zamanlarının “ən çox qol vuran” oyunçusudur. Mitrovic seçim mərhələlərində də 5 qol vurub.
Fenerbahçe-nin sabiq məşqçisi Xorxe Jesusun hazırlaşdırdığı Əl Hilal ilə Səudiyyə Ərəbistanı liqasında çempionluq kubokunu qazanan serbiyalı hücumçu 42 oyunda 39 qol vurub.
Zeki Amdouni (İsveçrə)
Zeki Amdouni Avropa seçmələrinin parlaq ulduzlarından biri idi. Ardıcıl altıncı böyük turnirinə vəsiqə qazanan İsveçrənin heyətində o, beş oyunda altı qol vurub.
İsveçrə isə AVRO-2020-nin 1/4 finalına yüksəlib.
Alvaro Morata (İspanya)
Alvaro Morata üçüncü dəfə kubok qaldırmaq istəyən İspaniyanın kapitanı olacaq.
2017-2020-ci illər arasında 3 il Chelsea-də çıxış edən Atletico Madrid-in təcrübəli hücumçusu 74 milli oyunda 34 qol vurub.
İspaniyanın AVRO-2024-ün heyətində heç bir oyunçu hələlik ikirəqəmli qol sayına çatmayıb.
Niclas Fullkrug (Almanya)
Milli komandasında debüt etmək üçün 29 yaşına qədər gözləyən Niclas Fullkrug bu fürsətdən istifadə edir.
Hazırda 31 yaşı olan Borussia Dortmund-ın hücumçusu 15 beynəlxalq oyunda 11 qol vurub. Bu yay ev sahibi ölkənin ən böyük fürsətlərindən biri olacaq.
Afət Abbasova
Gununsesi.info