AVRO-2024: Yarımfinal və final görüşlərində oynanılacaq topun fotosu təqdim olunub

  • By ilhame
  • 08 İyul 2024 21:23

UEFA Almaniyada keçirilən Avropa çempionatının yarımfinal və final görüşlərində oynanılacaq topun fotosunu təqdim edib.

 

Gununsesi.info xəbər verir ki, “Adidas” şirkətinin hazırladığı top üzərində yenilənmiş vizual elementləri özündə əks etdirir.

 

Qeyd edək ki, AVRO-2024-ün yarımfinal görüşləri çərçivəsində iyulun 9-u, İspaniya – Fransa, iyulun 10-u isə Niderland – İngiltərə görüşləri keçiriləcək.

Gununsesi.info