Avro və dolların məzənnələri bərabərləşib

  • By admin
  • 13 İyul 2022 09:27

 ABŞ dolları son iki onillikdə bir çox başqa valyutalarla müqayisədə özünün ən yüksək qiymət həddinə çatıb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hətta  Moskva birjasında avronun rublla qiyməti dollardan aşağı düşüb.

Ekspertlər deyirlər ki, avronun ucuzlaşması iqtisadi təzənəzzüldən ehtiyatlanmalarla bağlıdır.

Onların fikrincə, Avropa valyutasının məzənnəsinə habelə Rusiyadan nəqlı olunan qaz həcmlərinin azaldılması ilə bağlı qiymət artımı da təsir edir.

The Guardian yazır ki, treyderlıər Rusiyanın Şimal Axını 1 qaz kəməri ilə nəqli ümumiyyətlə dayandıracağından narahatdırlar.

Bu da qeyd olunur ki, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə bağlı sərt maliyyə siyasəti ilə əlaqədar dolların məzənnəsi bir xeyli möhkəmlənib.

Reuters agentliyi yazır ki, dollar son iki onillikdə bir çox başqa valyutalarla müqayisədə özünün ən yüksək qiymət həddinə çatıb.

Hazırda 1 dollar təxminən 1 avrodur.

Afət Abbasova

Gununsesi.info