Avroliqada bütün yarımfinalçılar bəlli oldu

  • By admin
  • 13 Aprel 2018 10:33

Avropa Liqasında 1/4 finalın cavab oyunları yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, keçirilən 4 qarşılaşmanın sonunda yarımfinala yüksələn komandalar müəyyənləşib.

MOİK və “Arsenal” qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Buna baxmayaraq, Arsen Vengerin komandası ilk görüşdə 4:1 hesablı qələbə qazandığından növbəti mərhələyə adlayıb.

“Atletiko” isə səfərdə “Sportinq”lə bacarmayıb – 1:0. Ancaq, Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayan tərəf olub.

Öz meydanında “Latsio”nu qəbul edən “Zalsburq” 4:1 hesablı qələbəyə sevinib. İlk oyundakı 4:2 hesablı məğlubiyyətə baxmayaraq, “Zalsburq” əzmkar qələbə sayəsində mübarizəni davam etdirmək hüququ qazanıb.

Digər görüşdə “Marsel” “Leyptsiq”i qəbul edib. Almaniya klubu ilk görüşdə 1:0 hesablı qələbə qazansa da, səfərdə ağır məğlubiyyətə uğrayıb – 5:2. Bu qələbə isə “Marsel”i yarımfinala yüksəldib.

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Gununsesi.info