Avroliqadakı rəqiblərimiz məlum oldu

  • By admin
  • 20 İyun 2016 15:13

avro

 

HTML tutorial

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 96 komandanın rəqibləri müəyyənləşib.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.
“Neftçi” Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək.
“Qəbələ” Gürcüstanın “Samtrediya” klubuna, “Kəpəz” isə Moldovanın “Daçiya” klubuna rəqib olub. “Neftçi” kimi “Qəbələ” və “Kəpəz” də ilk görüşünü evdə keçirəcək. Lakin böyük ehtimalla UEFA klublarımızdan birinin və ya ikisinin oyunlarının yerini dəyişəcək.
Qeyd edək ki, ilk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.