Avroliqanın III təsnifat mərhələsi: İLK OYUNLARDA 33 QARŞILAŞMA OLACAQ

  • By admin
  • 27 İyul 2017 09:19

avroliq

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə start veriləcək.

Gununsesi.info-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 33 qarşılaşma keçiriləcək.

Oyun günü Çexiyada başlayacaq. “Mlada Boleslav” öz meydanında “Skenderbeu”nu sınağa çəkəcək. Ölkəmizin turnirdəki sonuncu təmsilçisi “Qəbələ” isə Yunanıstanda “Panatinaikos”la qarşılaşacaq.

II təsnifat mərhələsində klublarımızın qənimi olan komandalar fərqli rəqiblərlə üz-üzə gələcək. “İnter”i mübarizədən kənarlaşdıran “Fola” “Ostersun”la, “Zirə”ni yenən “Astra” isə “Aleksandriya” ilə görüşəcək.

Türkiyəni bu mərhələdə “Fənərbaxça” təmsil edəcək. Artıq mübarizəni dayandıran “Qalatasaray”ın prinsipial rəqibi olan komanda startda Avstriya “Şturm”u ilə qarşılaşacaq.

III təsnifat mərhələsi bir sıra tanınmış klubların mübarizəyə qoşulması ilə əlamətdar olacaq. “Milan”, PSV, “Zenit”, “Everton” və “Atletik” də bu raundda qüvvəsini sınayacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyunlar, 27 iyul

20:00. “Mlada Boleslav” (Çexiya) – “Skenderbeu” (Albaniya)

20:30. “Trakay” (Litva) – “Şkendiya” (Makedoniya)

20:30. “Olimpik” (Ukrayna) – PAOK (Yunanıstan)

20:45. “Makkabi” (Təl-Əviv, İsrail) –  “Panionios” (Yunanıstan)

21:00. AİK (İsveç) – “Braqa” (Portuqaliya)

21:00. “Suduva” (Litva) – “Syon” (İsveçrə)

21:00. AEK (Kipr) – “Dinamo” (Minsk, Belarus)

21:00. “Ostersun” (İsveç) – “Fola” (Lüksemburq)

21:00. PSV (Hollandiya) – “Osiyek” (Xorvatiya)

21:00. “Krasnodar” (Rusiya) – “Lyunqbyu” (Danimarka)

21:00. “Şturm” (Avstriya) – “Fənərbaxça” (Türkiyə)

21:30. “Astra” (Rumıniya) – “Aleksandriya” (Ukrayna)

21:30. “Dinamo” (Buxarest, Rumıniya) – “Atletik” (İspaniya)

21:30. “Bney Yehuda” (İsrail) – “Zenit” (Rusiya)

21:30. “Botev” (Bolqarıstan) – “Maritimo” (Portuqaliya)

22:00. “Brondbü” (Danimarka) – “Hayduk” (Xorvatiya)

22:00. “Universtatya” (Krayova, Rumıniya) –  “Milan” (İtaliya)

22:00. “Arka” (Polşa) – “Midtyulland” (Danimarka)

22:30. “Srvena Zvezda” (Serbiya) – “Sparta” (Çexiya)

22:30. “Gent” (Belçika) – “Altax” (Avstriya)

22:30. “Bordo” (Fransa) – “Videoton” (Macarıstan)

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Odd” (Norveç)

22:45. “Aberdin” (Şotlandiya) – “Apollon” (Kipr)

22:45. “Marsel” (Fransa) – “Ostende” (Belçika)

22:45. “Utrext” (Hollandiya) –  “Lex” (Polşa)

23:05. “Everton” (İngiltərə) – “Rujomberok” (Slovakiya)

23:05. “Austriya” (Avstriya) – AEL (Kipr)

23:05.  “Frayburq” (Almaniya) – “Domjale” (Sloveniya)

Gununsesi.info