Avropa Biriyi Qarabağın bərpasında iştirak edəcək

  • By arzu
  • 08 Yanvar 2021 13:16

Avropa Birliyi(AB) BMT kimi beynəlxalq təşkilatlarla birgə Qarabağ münaqişəsində ziyan dəymiş rayonlarda işə cəlb olunmanın şərtlərini və modallığını müzakirə edir.

Gununsesi.org xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano deyib.

Onun sözlərinə görə, ötən il dekabrın 17-də keçirilmiş AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell bildirib ki, Aİ post-konflikt bərpa prosesinin dəstəklənməsi vasitəsilə sülhə nail olmaq cəhdlərinə töhfə verməyə hazırdır.

Gununsesi.org