Avropa Birliyi ABŞ-ın İranla bağlı qərarını dəstəkləməyəcək

  • By admin
  • 05 Aprel 2018 10:56

Avropa Birliyi ABŞ-ın İranın nüvə razılmaşmasından imtinası ilə bağlı tələbini qəbul etmək niyyətində deyil. Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı yeni sazişin və mövcud sazişə əlavələrin edilməsinə razı olmayacaq.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, hazırda ABŞ, İngiltərə, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı yaradılan işçi qrup səviyyəsində danışıqlar aparır. İşçi qrup İranın nüvə proqramı ilə bağlı qəbul edilən Hərtərəfli birgə fəaliyyət planı üzərində iş aparır.

İşçi qrupda Avropa ölkələri İrana qarşı sanksiyaların və sazişdən çıxmanın əleyhinə olduqlarını bildiriblər.

İranın nüvə proqramı ilə bağlı saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.

Gununsesi.info