Avropa İttifaqı İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı məlumat alıb.
Gununsesi.info verir ki, bu barədə Aİ-nin xarici siyasət spikeri Peter Stano bildirib: “Bizdə müttəfiqlər tərəfindən İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı etibarlı məlumatlar var”.
Onun sözlərinə görə, Aİ ölkələri hazırda bu məsələni araşdırır və bu, təsdiq olunarsa, İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstəyində əhəmiyyətli maddi eskalasiya olacaq: “Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub. Avropa İttifaqı beynəlxalq tərəfdaşlarla, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlərlə tez və koordinasiyalı şəkildə cavab verəcək”.
Günay