İndiyə qədər Komissiya üzvlərini müəyyən edən 17 Avropa Birliyindən, sadəcə beş qadın namizədliyini irəli sürüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula von der Leyenin növbəti Komissiyasına qatılmaq istəyən namizədlər əsasən kişilər olsa da, indiyədək öz namizədlərini seçmiş 17 Avropa Birliyi ölkəsindən sadəcə beşi qadın namizədlərdir. Bu indiyədək irəli sürülmüş namizədlərin yalnız yüzdə 29 faizi qadınların olduğu anlamına gəlir. Ancaq Leyenin əvvəlki dönəmində namizədlərin 48 faizi qadınlar idi.
Almaniyanı təmsil edən von der Leyen tarazlı şəkildə kişi və qadının namizədliyini irəli sürməyi xahiş etmişdi, lakin hələlik heç bir dövlət onun bu tələbini yerinə yetirməyib.
Vəzifəsinin ikinci dönəmində gender bərabərliyinə nail olmağı hədəfləyən Komissiya sədri von der Leyenin bu hərəkəti meydan oxumaq olaraq dəyərləndirilib.
Von der Leyen iyul ayında yenidən seçildikdən sonra Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında etdiyi çıxışında, “Avropa qərarlığını paylaşan ən yaxşı hazırlanmış namizədləri seçmək istəyirəm. Bir daha masada qadın və kişilərin bərabər dərəcədə yer almasını hədəfə alacam”- demişdi.
AB hökumətləri avqustun 30-dək öz namizədlərini bu həftə danışıqlara başlayacaq, von der Leyenə təqdim etməlidirlər. Daha sonra von der Leyenin sentyabr və oktyabr aylarında AP-nin müvafiq komitələrində təyinat səsverməsinə qədər namizədlərə siyasət portfellərini ayırması gözlənilir.
Von der Leyenin rəhbər seçilməsi ilə keçmiş Estoniya baş naziri Kaja Kallasın AB-nin xarici siyasət üzrə rəhbəri və Komissiyanın nazir köməkçilərindən biri olaraq, ən prestijli rollar qadınların əlində olacaq.
Digər dörd qadın namizəd isə Xorvatiya, Finlandiya, İspaniya və İsveçdən gəlir. Xorvatiyanın hazırkı komissiya üzvü Dubravka Suica daha bir müddətə, İspaniya yüksək profilli iqlim və ya enerji portfelini təmin etmək məqsədi ilə nazir Teresa Riberayı, İsveç isə AB işləri naziri Jessika Roswallın namizədliyini irəli sürüb. Finlandiya isə Avropa Parlamentinin deputatı Henna Virkunneni namizəd göstərib.
Günel
Gununsesi.info