Avropa Birliyi rəsmisi Varhelyi: Türkiyə bizim üçün dost ölkədir

  • By arzu
  • 06 Sentyabr 2023 16:50

“Türkiyə ilə münasibətlərimizi irəlilədə bilərik”

 

Avropa Birliyi Komissiyasının üzvü Oliver Varhelyi Türkiyə ilə münasibətlərdən danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Varhelyi Türkiyə ilə münasibətləri irəlilədə biləcəklərini vurğulayıb.

“Dostluğun, birliyin və Türkiyə ilə sahib olduğumuz müttəfiqliyin yenidən canlandırılması üçün buradayam. Ankarada yeni hökumətin qurulması ilə birlikdə AB-Türkiyə münasibətlərini irəlilədə biləcəyimizi düşünürəm”, – deyə AB rəsmisi bildirib.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla görüşündən sonra ortaq mətbuat toplantısı keçirən Avropa Birliyi Komissiyasının üzvü Oliver Varhelyi ikitərəfli münasibətlərdən danışıb.

Türkiyə ilə olan əlaqələrin hər zaman açar önəmə sahib olduğunu özəlliklə vurğulayan Oliver Varhelyi güclü siyasi və iqtisadi mövzuların önəmini qeyd edib.

“Köç dalğası, zəlzələrnin zərərləri ilə bağlı Türkiyə xalqı ilə birlikdə olduq və geopolitik önəmə sahib olan bölgədə bizim çevrəmizdə və Türkiyənin ətrafında olan miqrasiya hərəkətlənmələrinə birlikdə cavab verdik. Türkiyə bizim üçün dost ölkədir”.

 

Tərcümə: Arzu

Gununsesi.info