Avropa Birliyi saytların bloklanmasını pislədi - "BU, AZAD VƏ ƏDALƏTLİ MƏTBUAT PRİNSİPLƏRİNƏ ZİDDİR"

  • By admin
  • 15 May 2017 15:53

Federica-Mogherini-014

Avropa Birliyi Xarici Siyasət və Təhlükəsizlik İdarəsinin rəhbəri Federico Mogerininin sözçüsü Kosyançiç Azərbaycanda bir sıra saytların bloklanması qərarını pislədiklərini bildirən bəyanatla çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, Maya Kosyançiç bildirib ki, məhkəmənin saytların bloklanması haqqında qərarı modern və demokratik cəmiyyətlərdə mövcud olan azad və ədalətli mətbuat prinsiplərinə açıq-aşkar ziddir.

Qeyd edək ki, məhkəmənin qərarı ilə “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramları bloklanıb.

Gununsesi.info