Avropa Birliyi tərəfindən gözləmə salonlarında tərbiyə ediləcək bir ölkə deyilik - BAŞ NAZİRİN MÜAVİNİ

  • By admin
  • 12 İyul 2017 21:01

numan kurtulmus

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bir sıra Avropa ölkələrindən fərqli olaraq, Belçika və Fransanın həmin ölkələrdə 15 ilyul dövlət çevrilişinə cəhdin anma etkinliklərinə icazə verməsi üçün onlara, adıçəkilən dövlətlərin hakimiyyət orqanlarına təşəkkürünü bildirib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Kurtulmuş 15 iyulun dünyada demokratiya mücadiləsi baxımından çox önəmli bir tarixi hadisə olduğunu bildirib.

“Türkiyə Avropa Birliyi tərəfindən gözləmə salonlarında tərbiyə ediləcək bir ölkə deyil”.

Bunu da Türkiyə baş nazirinin müavini deyib.

Belçkiya səfəri zamanı bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayan Kurtulmuş 15 iyul şəhidlərinə can və vəfa borcunun olduğunu da sözlərinə əlavə edib.

“Biz 15 iyulu unutmayacağıq və unutdurmayacağıq”-deyə, baş nazirin müavini daha sonra bəyan edib.

KAMİL
Gununsesi.info